Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BNA cərimələdi deyə sərnişinləri avtobusdan düşürdü - Video

Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları marşrut xətt avtobusunu cərimələdiyi üçün sürücü sərnişinləri düşürərək cərimənin silinmədiyi təqdirdə xəttə çıxmayacağını bildirib.

Hadisə Nəsimi rayonu, 1-ci mikrorayon ərazisində baş verib.

Belə ki, BNA əməkdaşları dayanacaqda sərnişin düşürən 199 nömrəli marşrut xətt avtobusunun şəklini çəkərək dayanma-durma qaydalarının pozulduğu üçün avtobusun sürücüsünə protokol tərtib ediblər.

Bu zaman avtobusun sürücüsü ilə BNA əməkdaşları arasında mübahisə yaranıb. Sürücü bildirib ki, sərnişin düşürdüyü üçün dayanıb və dayanacaqdan kənar olmadığı üçün bu, qayda pozuntusu sayıla bilməz.

Daha sonra avtobusun sürücüsü cərimənin silinmədiyi təqdirdə yoluna davam etməyəcəyini və sərnişinləri avtobusdan düşürəcəyini deyib. Bu səbəbdən də avtobusda olan sərnişinləri düşürərək xəttə çıxmaqdan imtina edib. (Report.az)

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Yollardan istifadə qaydaları əleyhinə inzibati xətalara görə cərimə ödəniləcək
Son xəbərlər
Bütün xəbərlər »