Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Şəfiqə Məmmədova Teatr Xadimləri İttifaqının keçirdiyi konfransın nümayəndəsi deyi" - AKİ-nin sözçüsü

Xəbər verdiyimiz kimi bu gün Teatr Xadimləri İttifaqının növbəti konfransı keçirilib, xalq artisti Azərpaşa Nemətov yenidən quruma sədr seçilib.

Bizimyol.info xəbər verir ki, tədbirdə bir çox qurumun nümayəndələri, o cümlədən bir sıra tanınmış mədəniyyət xadimləri iştirak etsə də, Rejissorlar Gildiyasının sədri, Xalq artisti Eldar Quliyev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və Yazıçılar İttifaqının sədri Anar Rzayev iştirak etməyib.

Verilən məlumata görə ittifaqların sədrləri əvvəlcədən konfransı boykot ediblər.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqınnın mətbuat katibi Əli Vəliyev Musavat.com-a bunları deyib:

“Şəfiqə Məmmədova Teatr Xadimləri İttifaqının keçirdiyi konfransın nümayəndəsi deyil. Bundan əlavə, orada heç bir İttifaqın sədri iştirak etməyib, o cümlədən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova”.

Son xəbərlər
Bütün xəbərlər »