Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ səfirliyi Azərbaycanda telefonlarının gizli izlənməsinə münasibət bildirib - Video

Amerika Birlşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli ilə səfirliyin əməkdaşı arasındakı telefon danışığının “REAL” telekanalında yayımlanmasına münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, səfirliyin məsələ ilə bağlı mövqeyi REAL Təhlil və İnformasiya Mərkəzinə açıqlanıb. Bildirilib ki, “Mir Şahinin Vaxtı" proqramında irəli sürülən iddiaları - ABŞ diplomatlarının 19 oktyabrda Bakıda keçirilmiş etiraz aksiyasının təşkilində hansısa şəkildə iştirakı, xarici diplomatlarla hansısa siyasi partiyanın, müxalifət üzvü və ya liderilə gizli ünsiyyətini təkzib edirlər.

Gultəkin Hacıbəyli Gultəkin Hacıbəyli

“Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyini və suverenliyini tam dəstəkləyir. Bizim Azərbaycanda stabilliyi pozmaqda hansısa şəkildə maraqlı olmağımız barədə istənilən ittihamlar yalan və cəfəngdir”, - səfirliyin mövqeyi belə olub.

Oktyabrın 20-də Real TV-də “Mir Şahinin Vaxtı” proqramında Gültəkin Hacıbəylinin oktyabrın 19-da - Bakıda etiraz aksiyası keçirilən gün ABŞ səfirliyinin əməkdaşı ilə telefon danışığı, həmçinin onun bir müddət öncə Avropa Birliyinin Bakıdakı səfirliyinin müşavirilə restoranda görüşündəki söhbətin gizli səs yazısı yayımlanıb. Oktyabrın 21-də isə Real TV həmin verilişin videoyazısını silib.

Mirşahin Ağayev Mirşahin Ağayev

Gültəkin Hacıbəyli buna görə həm telekanalı, həm də abunəçisi olduğu mobil operatoru məhkəməyə verəcəyini deyib.

Son xəbərlər
Bütün xəbərlər »