Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mühacir blogerdən sensasiyalı açıqlama

“Ölkə prezidentinin son çıxışlarıyla, illərdir dediyimiz hakimiyyət daxili mübarizə öz təsdiqini tapdı. Biz iki qrup arasında çəkişmənin başladığını yazanda hakimiyyəti vahid komanda kimi göstərmək istəyənlər az deyildi.Belə görsənir ki, artıq prezident də bir mənalı olaraq reformçu qrupa dəstək verir, islahatların sürətlənməsində qərarlıdır.İslahatların genişlənməsi və bütün sahələri əlbəttə arzuolunandır. İslahatlara mane olan hər bir məmur öz vəzifəsini və kreslosunu itirməli olacaq. Bu artıq aydındır” Bunu tanınmış mühacir bloger Elnur Məcidli öz faysbuk hesabındakı statusunda yazıb. .

O deyib ki, müxalifətin şəhər içində keçirmək istədiyi mitinqlərə razılıq verilməlidir: “Əvəzində, iqtidar partiyası da cavab mitinqi keçirə bilər. Sərbəst toplaşma azadlığının bərpası, hakimiyyəti də ictimai mənada gücləndirəcək”.

Boger daha sonra yazır: “2020 parlament seçkilərinin tam azad şəkildə, heç bir kənar müdaxilə olmadan keçirilməsinin nəzərdə tutulduğunu, bundan sonra Milli Məclisə seçilən istər iqtidar, istər müxalifət və müstəqil deputatlarla çoxsəsli bir parlament formalaşdırılması və müxalifət partiyalarıyla danışıqların başlamasıyla bağlı hazırlanan siyasi islahat layihəsi var. Bu, baş verdikdə artıq köhnə təfəkkürlü, qocalmış məmurların Azərbaycan siyasətində, ictimai həyatında yeri olmayacaq”.

Elnur Məcidli yazıb ki, Azərbaycan islahatlara gəbədir: “Bu islahatların sürətlənməsində ən maraqlı adam prezident və onun xanımıdır. Gec-tez hamı bunu qəbul edəcək. Bu islahatların daha sürətli, daha geniş şəkildə başlaması, davam və inkişaf etməsi, həm də vətəndaş cəmiyyətindən və müxalifətdən asılıdır.Nə qədər çətin olsa da, konstruktiv yanaşmağı bacarmalıyıq.

Çünki, söhbət bizim siyasi ambissiyalarımızdan yox, Azərbaycanın gələcəyindən gedir!

Hakimiyyət tənqid olunmalıdır, bu ayrı.Ancaq, hansısa xarici dəstəklə ölkədə çaxnaşma yaratmaq istəyənlərin ruporu olmamaq lazımdır.Azərbaycanın 2 seçimi var, ya Qərbə inteqrasiya edəcək, daha azad, daha rifah bir ölkəmiz olacaq, ya da Rusiyanın qucağında oturmağa, sürünməyə davam edəcəyik. Bunun başqa yolu yoxdur”

Son xəbərlər
Bütün xəbərlər »