Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Soçidə Putin-Ərdoğan danışıqları

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Soçidə görüş başlayıb.

Bizimyol.info xəbər verir ki, “Anadolu” agentliyi bu barədə məlumat yayıb. Görüşün mətbuata açıq hissəsində danışan Putin Suriyadakı vəziyyət fonunda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla məsləhətləşmələrin vacib olduğunu bildirib.

“Ankara ilə Moskva arasındakı münasibətlərinin son illərdə yüksəldiyi səviyyə bölgədəki problemlərin həllinə kömək edəcək”, - Putin deyib.

Rusiya Prezidentinin sözlərinə görə, bölgədə fərqli dinamika müşahidə edilir və Moskva bunun fərqindədir.

Putin bu görüş və məsləhətləşmələrin çox məhsuldar olacağına əminliyini ifadə edib.

Ərdoğan öz növbəsində Putinlə görüşü Suriyada sülhü daha fəal müzakirə etmək üçün bir fürsət kimi qiymətləndirib.

Son xəbərlər
Bütün xəbərlər »