Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əli Kərimli və Tofiq Yaqublu işgəncə iddiaları ilə bağlı atacaqları addımları açıqladılar

AXCP sədri Əli Kərimli və Milli Şuranın üzvü Tofiq Yaqublu işgəncə şikayətlərinin araşdırılması üçün prokurorluğa müraciət edəcək.

Bizimyol.info xəbər verir ki, bu haqda həm Əli Kərimli özü, həm də həbsdə olan Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib.

“Vəkillərimlə danışmışam. 1-2 günə prokurorluğa rəsmi şikayətimi təqdim edəcəm. Şikayətimə bədənimdəki ondan artıq xəsarətin foto və videogörüntüsünü də əlavə edəcəm”, - Əli Kərimlinin sözləridir.

Əli Kərimli, Tofiq Yaqublu - 19 oktyabr mitinqi

AXCP sədri saxlanılarkən özünün başını avtobusdakı dəmirə çırpması, üstəlik, iki nəfər polis əməkdaşına xəsarət yetirməsi barədə prokurorluğun yaydığı məlumata isə belə münasibət bildirib: “19 oktyabr mitinqindən çəkilmiş videogörüntüləri artıq milyonlarla azərbaycanlı izləyib. Artıq nə xalqı, nə dünyanı aldatmaq mümkündür”.

Nigar Həzi “Bizimyol.info”ya bildirib ki, atası saxlanılarkən və ondan sonra polis idarəsində işgəncəyə məruz qalıb. Nəticədə səhhətində çox ciddi problemlər yaranıb. Vəziyyəti elə olub ki, oktyabrın 21-də Tofiq Yaqublunu saxlandığı təcridxanadan xəstəxanaya aparıblar. Amma sonradan geri qaytarıblar.

Nigar Həzi Nigar Həzi

Tofiq Yaqublu məruz qaldığı işgəncələr barədə oktyabrın 21-də vəkilə danışıb. Vəkil bu gün bununla əlaqədar prokurorluğa şikayət edəcək.

Həmçinin Tofiq Yaqublu haqqında 30 sutkalıq inzibati həbs qərarından apellyasiya məhkəməsinə şikayət veriləcək.

Əli Kərimli, Tofiq Yaqublu və onlarla başqa şəxslər oktyabrın 19-da Milli Şuranın Bakının mərkəzində keçirdiyi icazəsiz aksiyada saxlanılıb. Onlar asayişi qoruyan polis əməkdaşlarına müqavimət göstərməkdə ittiham olunur.

Əli Kərimli həmin gün gecə saat 23.00 radələrində buraxılıb.

Hüquq-mühafizə orqanları onların işgəncəyə məruz qalmaları barədə söylədiklərini təkzib edir, polis əməkdaşlarının saxlanılanların heç birinə məqsədli şəkildə xəsarət yetirmədiyini bildirir.

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Yollardan istifadə qaydaları əleyhinə inzibati xətalara görə cərimə ödəniləcək
Son xəbərlər
Bütün xəbərlər »