Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: "Azərbaycanda professor, müəllim heyəti baloniya sistemindən xəbərsizdir"

Round University Ranking agentliyi ali təhsil müəssisələrinin iki beynəlxalq fənn reytinqini – təbiət elmləri (natural sciences) və texnika elmləri (technical sciences) üzrə təqdim edib.

Clarivate Analytics şirkətinin elmi məlumatları əsasında tərtib olunan beynəlxalq reytinq dünyanın 85 ölkəsindən 1100 aparıcı universitetin fəaliyyətini qiymətləndirir.

Azərbaycanı ümumi reytinqdə 2 ali məktəb- Bakı Dövlət Universiteti (667-ci yer) və Azərbaycan Memarlıq və İnşaat Universiteti (775-ci yer) təmsil edir.

Universitetlər

BDU tədrisin keyfiyyətinə görə 543-cü, tədqiqatların keyfiyyətinə görə 668-ci, beynəlmiləlləşmənin səviyyəsinə görə 585-ci, maliyyə davamlılığı səviyyəsinə görə 761-ci yerdə, Azərbaycan Memarlıq və İnşaat Universiteti tədrisin keyfiyyətinə görə 532-ci, tədqiqatların keyfiyyətinə görə 724-cü, beynəlmiləlləşmənin səviyyəsinə görə 598-ci, maliyyə davamlılığı səviyyəsinə görə 800+1-ci yerlərdə qərarlaşıb. Azərbaycanda təhsil islahatları keçirilsə də təhsilin səviyyəsini dünya standartları səviyyəsinə qaldırmaq hələ ki mümkün olmayıb.

Bizimyol.info saytına açıqlama verən təhsil eksperti Kamran Əsədov problemin kökündə dayanan səbəblər və həll yolları barədə danışıb.

Kamran Əsədov Kamran Əsədov

“İlk növbədə qeyd edim ki, dünya universitetlərinin reytinqi müxtəlif reytinq agentlikləri tərəfindən fərqli kateqoriyalar üzrə həyata keçirilir. Misan üçün Indoneziya Universiteti tərəfindən dünyanın ən ekoloji universitetlərinin beynəlxalq reytinqi (UI Green Metric Ranking of World Universities ) var. Bu reytinq tədqiqatın məqsədi akademik ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməkdir. Reytinq tərtib olunarkən universitet kampuslarının təbii mühitə münasibəti, enerjidən istifadə və onun iqlimə təsiri, kampus ərazisində kağızlardan istifadənin azaldılması siyasəti, su resurslarından rasional qaydada istifadə olunması, ali məktəb ərazisində nəqliyyatdan (ictimai, şəxsi avtomobillər və ya velosiped) istifadə, ekoloji problemlər üzrə tədris kurslarının təşkili, ekoloji problemlərin öyrənilməsinə yönəlik tədqiqatçılıq fondlarının olması, ekoloji problemlərə dair dərc olunmuş elmi məqalələrin sayı və s. təhlil olunub. Beləliklə də dünyanın ekoloji cəhətdən ən təmiz universitetlərinin ilk onluğunda aşağıdakı ali məktəblər yer alıb: Wageningen University & Research ( Hollandiya), University of Nottingham ( Böyük Britaniya), University of California, Davis (ABŞ), University of Oxford (Böyük Britaniya), Nottingham Trent University (Böyük Britaniya), Umwelt-Campus Birkenfeld (Almaniya), University of Groningen(Hollandiya), Bangor University (Böyük Britaniya), University College Cork (İrlandiya), Connecticut University of Connecticut (ABŞ). Dünyanın ən yaşıl ali təhsil müəssisələrinin siyahısında ölkəmizi Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (453-cü yer) və Azərbaycan Dövlət İqtisad Universiteti (478-ci yer) təmsil edirlər. Bundan başqa QS Quacquarelli Symonds şirkətinin hər il tərtib elədiyi 3000 təhsil məktəbinin reytinq cədvəli olur. Amma bu reytinqdə də ölkəmizin universitetləri yaxşı yerdə deyillər. Ən etibarlı reytinq Böyük Britaniyanın “Times Higher Education” jurnalı və “Thomson Reuters” agentliyinin hazırladığı reytinq hesab olunur. Bu agentliy reytinqin hazırlanması zamanı həmin universitetlərdə təhsilin qiyməti, internetə çıxış imkanları, müasir avadanlıqlarla təchiz olunma səviyyəsi və sair meyarlar əsas götürülür. Təəsüflər olsun ki, Azərbaycan Universitetləri də bu reytinqdə yoxdurlar. Azərbaycanda ali təhsilin bütövlükdə aşağı səviyyədə olması heç kimə sirr deyil. "Köhnə sovet tədris sistemi daha bərbad bir şəkildə davam etdirilir. Ümumiyyətlə, Azərbaycanda professor, müəllim heyəti əsasən baloniya sistemindən xəbərsizdir, bu sistemin mahiyyətini anlamır. Anlamadığından da onu təhrif olunmuş bir şəkildə tətbiq edir hər zaman da əleyhinə təbliğat aparır. Azərbaycanda təhsilin qiyməti yoxdur. Ali məktəbi əla qiymətlərlə bitirən məzun işsiz gəzib dolaşır, onunla bərabər oxuyan və ondan çox zəif oxuyan tələbə müxtəlif yollarla yaxşı vəzifə tutur. Buna görə də Azərbaycanda təhsilə yalnız diploma sahib olmaq vasitəsi kimi baxırlar. Əlbəttə ki, istisnalar da var. Hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir Bu təhsil oclaqlarında 165 minə yaxın tələbə təhsil alır. Hər il qəbul planı yerinin 40 minə yaxın olduğunu nəzərə alsaq, təəssüf ki, ali məktəblərin qəbul etdikləri tələbələri peşəkar kadr kimi hazırlaya bilmirlər. Dünya reytinq siyahısında universitetlər yüksək bal alanda bir neçə xüsusiyyətlər nəzərə alınır. Bura universitetin kampusunun, yataqxanasının, kitabxanasının və elmi bazasının olması daxildir. Ölkədə fəaliyyət göstərən 50-ə yaxın ali təhsil müəssisəsində sadalananlar yoxdur. Yataqxanası olan universitetlərin ya yataqxanaları yararsız vəziyyətdədir, ya da bütün tələbə kontingentini əhatə edə bilmir. Ona görə də bu xüsusiyyət üçün bal alma göstəricisi aşağıdır. Digər səbəb isə universitetlərdə çalışan və sayı heç də az olmayan elmlər doktoru, elmlər namizədi və ya elmi ad alan şəxslərin tədqiqat apardıqları elmi sahələrin, elmi mövzuların dünya əhəmiyyətli olmamasıdır. Yəni, bizim elmi işlərimizə müraciətin çox aşağı səviyyədə olmasıdır. Çünki Azərbaycanda elmi tədqiqat işlərinin çox hissəsi lokal xarakterli daşıdığından dünyada əhəmiyyəti olmayan mövzular olur. Ona görə də bizim elmlə məşğul olan insanların xarici jurnallarda məqalələri çox az saydadır. Digər başqa səbəb isə universitetə xarici tələbə axınının az sayda olmasıdır. Misal olaraq, Sinqapurda oxuyan xarici tələbələrin sayı 80 min nəfərdir. Azərbaycanda isə 54 ali təhsil müəssisəsinə oxumağa gələn xarici tələbələrin sayı 2 min nəfərdir. Təəssüf ki, bizim bəzi universitetlərin idarəçiliyi kolxoz idarəçiliyindən o tərəfə getmir. Yəni, bəzi universitetlərin rektoru təhsil ocağını şəxsi biznesləri kimi idarə edirlər. Onlar universitetlərin beynəlxalq reytinq siyahısına düşməsində, yaxud hansısa elmi tədqiqatlarının aparılmasında maraqlı deyillər. Özəl universitetlərin əksəriyyətində isə qapıçıdan tutmuş xadiməyə qədər hamısı qohumlarıdır. Azərbaycandakı ali təhsil müəssisələrinin çoxu dörd divar və partalardan ibarətdir. Hətta bəzilərinin heç kitabxanası da yoxdur. Ölkədəki universitetlərin hansısa reytinqin 500-lüyünə düşməməşi biabırçılıqdır. Əksər rektorlar bunda maraqlı deyil. Əgər universitetlər dövlət büdcəsindən maliyyə almayıb öz şəxsi hesabına dolansa, gələcəkdə nüfuz qazana bilərlər. Qeyd etdiyim kimi dünyanın nüfuzlu agentlikləri dünya universitetlərinin reytinqin tərtib olunmasında bir neçə meyar - akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin payı nəzərə alınır. Hesab edirəm ki, universitetlər artıq dünya təhsilini bilən menecerlər tərəfindən idarə olunmalıdır. Artıq müasir dövrün ali məktəbi, müasir universitet tendensiyası, müasir çağırışlar fərqlidir. Artıq dünya universitetləri özləru pul qazanır, böyük büdcəyə sahibdirlər. Bizim universitetlər isə bu tendensiyalardan kənarda qalırlar. Ona görə də ali təhsil pilləsində ciddi şəkildə islahatlar həyata keçirilməlidir, müasir təhili bilən, dünya təhilindən xəbərdar olanlar idarəetməyə cəlb olunmalıdırlar”.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Avqust ayı üçün maliyyə qoroskopu
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Türkiyə Yunanıstana nota verdi
››› Azərbaycan Rusiyaya nota verib
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »