Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yol polisi sürücülərə müraciət etdi

Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin avtomobil sahiblərinə və sürücülərə müraciət edib.

Bizimyol.info xəbər verir ki, İdarənin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov bildirib ki, 25-26 oktyabr 2019-cu il tarixlərdə Bakı şəhərində “Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulur.

Vaqif Əsədov - Yeni formada

Belə ki, 23-24 oktyabr tarixlərdə hava limanına gələn yüksək çinli qonaqların, tədbir iştirakçılarının qarşılanaraq mərkəzə doğru otellər istiqamətinə hərəkəti müəyyən edilib. Bu məqsədlə qonaqların yerləşdirilməsi və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş “Heydər Əliyev Mərkəzi”, “Bakı Konqres Mərkəzi”, “Hyatt Regency” oteli və digər ərzilərə doğru hərəkətdə təhlükəsizlik tədbirləri həyata keçiriləcək.

Odur ki, 24 oktyabr tarixindən etibarən səhər saat 08:30-dan tədbirlər tam başa çatanadək Azneft dairəsi, Niyazi küçəsi, Neftçilər prospekti, R.Rza, Bakıxanov, Y.Səfərov, K.Rəhimov, Ü.Hacıbəyov, Z.Əliyeva küçələri, İnşaatçılar, N.Nərimanov prospektləri, 10-cu zavod dairəsi, H.Əliyev prospekti, M.Hüseyn və T.Elçin küçələrinə bitişən və kəsişən digər küçələr üzrə avtomobillərin hərəkəti qısa fasilələrlə məhdudlaşdırılacaq. Xüsusi ilə Xətai prospekti və Təbriz küçəsinə Həsənoğlu küçəsi kəsişməsindən Qədirbəyov küçəsi kəsişməsinədək olan hissəsi tam məhdudlaşdırılır.

Ona görə də ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi tövsiyyə edilir. Hərəkətlə bağlı süni sıxlığın, tıxacların baş verməməsi üçün xahiş olunur ki, keçirilən tədbirlərin dövlət əhəmiyyətli olduğunu nəzərə alaraq sürücü və avtomobil sahibləri göstərilən küçə və prospektlər üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər və tətbiq olunacaq qısa məhdudiyyətlərə anlayışla yanaşsınlar.

Bizimyol.info

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› Generalın bacısı oğlu həbsdən buraxılıb
Son xəbərlər
Bütün xəbərlər »