Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
60 ölkənin dövlət və hökumət başçısı Bakıya gələcək - Rəsmi açıqlama

Bununla yanaşı, XİN və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı da gözlənilir

Qoşulmama Hərəkatının Bakı sammitində 60 ölkənin dövlət və hökumət başçısının iştirakı təsdiqlənib.

Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov mətbuat konfransında bildirib.

O qeyd edib ki, Bakıda keçiriləcək sammitdə dövlət və hökumət başçıları ilə yanaşı, XİN və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı da gözlənilir.

Xatırladaq ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcək.

Son xəbərlər
Bütün xəbərlər »