Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Millət vəkili: “İşdən ayrılan dövlət məmurlarına özəl sektorda ehtiyac var”

Sosial şəbəkələrdə bu gün ən çox müzakirə olunan mövzulardan biri hansı yaşlı məmurun istefa verəcəyi və ya dövlət başçısının əmri ilə təqaüdə göndəriləcəyi barədədir. Dünən Baş nazirin iki müavininin işdən azad olunması və dövlət başçısının bu istefa ərizələrini digər yaşlı məmurlara nümunə kimi qiymətləndrməsi əsaslı kadr islahatlarının xəbərçisidir.

Millət vəkili Aydın Hüseynov Bizimyol.info saytına verdiyi açıpqlamada bildirib ki, hazırda Azərbaycan dünyanın ən çox islahat aparan 20 ölkəsi siyahısına daxil edilib.

“İqtisadi və sosial islahatlar o zaman kompleks xarakter daşyır ki, o kadr islahatları ilə müşayiət olunur.

Azərbaycanda son dövrlər aparılan islahatlar dünyada bizim nüfuzumuu artıran faktorlardan biridi, kadr sahəsində gedən prosesləri müsbət qiymətləndiririk. Azərbaycanda idarəetmə sistemində xidməti olmuş , uzun müddət təcrübəsi olan adamların öz istefa ərizəsini yazmasını görürük. Digər tərəfdən gəncləşmə prosesi gedir. Bu Azərbaycanın müasir tələblərə, çağrışlara cavab verməsi deməkdir.

Hökumətdə siyasi və çeviklik baxımından gənc kadrların təmsil olunması vacibdir. Mən hesab edirəm ki, bundan sonra da bu proses davam edəcək. Bu dövlətçiliyə xidmətin təzahürüdür. Gəncləşmə prosesi bizim potensialımızı artıracaq.

Deputat hazırda ASAN xidmət, DOST mərkəzlərində könüllü fəaliyyət göstərən gənclərin gələcəkdə dövlət qulluğuna cəlb ediləcəyini istisna etməyib.

İşdən ayrılan yaşlı kadrların gələcəkdə hansı işlərlə məşğul olacağı barədə sualı cavablandıran millət vəkili qeyd edib ki, idarəetmədə yaxşı təcrübəsi olan bu şəxslərə özəl sektorda böyük ehtiyac var və onlar bu sahədə faydalı olacaqlar.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »