Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Beyniniz oğlandır ya qız?
korpejpg

Araşdırmalara görə insanların hamısı ana bətnində 8 həftəlik olana qədər qadın cinsində olurlar.Yalnız 8-ci həftədən sonra hormonların istehsalı başlayır və XY xromosomlu embrionlar tədricən kişi embrionuna çevrilirlər.XX xromosomlu embrionlar isə qadın embrionu olaraq yetişir.

Bizimyol.info bu gün çox maraqlı bir məlumatı diqqətinizə çatdırır.

Beynimizin cinsi gerçəkliyi necə qəbul etməyimizi müəyyənləşdirir. Başqa sözlə desək insanın fiziki cinsiyyəti beyninin cinsiyyətindən fərqlənir.

Qadında kişi, kişidə isə qadın beyni və ya düşüncə tərzi ola bilər. Statistikaya görə hər 10 qadından biri kişi, hər 5 kişidən biri qadın kimi məntiq yürütmək qabiliyyətinə malikdir. Onlar dünyanı hımcinslərindən fərqli şəkildə qəbul edir və görürlər.Stess və təhlükələrə qarşı fərqli reaksiya göstərir, insanları fərqli şəkildə qiymətləndirirlər.

Kişi beyninin söhbət zamanı 6 nöqtəsi işləyir və o bununla kifayətlənir. Qadınlarda isə söhbət zamanı beyinin 16 nöqtəsi aktiv olur.

Ona görə kişilər yalnız sözləri eşitməklə kifayətlənirlər, qadınlar isə həmin an həmsöhbətlərinin üz ifadəsi, bədən dili, intonasiya və sətiraltı mənalar barədə də düşünürlər.

Ona görə qadın beyninə malik insanları cinslərindən asılı olmayaraq aldatmaq çətin olur.Deyirlər qadınlar danışmağı sevirlər.Əslində danışqanlıq qadınların yox, qadın düşüncə tərzinə malik insanların xüsusiyyətidir.Yəni yaxınlarınızdan hansısa kişi həddən çox danışırsa onun qadın beyninə malik olması ehtimalı 100 faizdir.

Qadın beyni kişi beyinə nisbətən informasiyanı daha çox detallara ayırır, daha ətraflı toplayır. Məsələn qadın beyni eyni hadisəni 20, kişi beyni isə 6 cümlə ilə ifadə edir.

Qadın beyninə malik insanlar 2-3 müxtəlif adamla müxtəlif mövzularda eyni anda danışa və qərar verə bilər. Kişi beyni isə bir məsələ üzərində qərarlaşıb dəqiq nəticə çıxardır.Qadın və kişi beyni səsi müxtəlif cür qəbul edir. Eyni yksəklikdəki səsi qadın beyni səsi qışqırıq, kişi beyni asta şəkildə qəbul edir.

Təhlükə qarısında kişi beyni ya xilas ya da hücum mövqeyi barədə düşünür. Qadın beyni həmin anlarda ilk olaraq kömək və dəstək axtarışında olur. Yəni kişi beyninə malik insanlar təhlükəli anlada ya qaçır, ya da döyüşə atılır. Qadın beyninə malik insanlar ağlayaraq kömək çağırmağa üstünlük verirlər.

Qadın beyninə malik kişilər daha ehtiyatı, kişi beyninə malik qadınlar daha cəsur olurlar.Hqiqətdə isə bunun mərdlik və ya qorxaqlıqla əlaqəsi yoxdur.

Qadın beyninə malik insanlar mərhəmətli və emosional, kişi beyninə malik olanlar isə bir qədər sərt və daha qərarlı olurlar.Buna görə qadın düşüncə tərzinə malik kişiləri daha mülayim, kişi düşüncə tərzinə malik qadınları daha sərt tanıyırıq.

Beynimizin cinsini dəyişmək mümkünümü? Bu sualın bir cavabı var. Yox! Bu hətta insan öz cinsini dəyişsə belə dəyişməz qalır. Öz beyninin cinsini tanımaq vacibdir.Bu ondan ötrü lazımdır ki, öünüzdə düşüncə tərzinizə xas olmayan xarakter tərbiyə etməyə güc sərf etməyəsiniz və ətrafdakıların sizin bəzən anlaşılmayan xarakterinizə görə sizi qınamasını düzgün qəbul edəsiniz.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Turist daşıyan təyyarə yandı - Video
››› Meyxanaçı Vüqar külli miqdarda pul udması ilə bağlı xəbərlərə aydınlıq gətirdi
››› İnsan üzlü balıq görüntüləndi - Video
››› Azərbaycanda ağzı olmayan uşaq dünyaya gəldi - Video
››› Beş gün dərs olmayacaq
Son xəbərlər
Bütün xəbərlər »