Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Nazirliyin keçmiş əməkdaşları məhkəmə zalından azadlığa buraxılıb
hebs_0145

Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beyləqan şöbəsinin keçmiş vəzifəli şəxsləri - Mehdi Abdullayev və Novruz Alkərəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizimyol.info xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, Mehdi Abdullayev və Novruz Alkərəmova şərti cəza verilib və hər iki şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, cinayət işinin başlanmasına səbəb Beyləqan meşəbəyiliyinin 2 saylı meşə dolayının torpaq sahəsinin ayrılması üçün pul alınması ilə bağlıdır. Təqsirləndirilən şəxslərin zərərçəkmiş Teymur Aslanovadan 10 min manat rüşvət aldığı bildirilir. Onlara Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.(report)

Paylaş »
››› Turist daşıyan təyyarə yandı - Video
››› Meyxanaçı Vüqar külli miqdarda pul udması ilə bağlı xəbərlərə aydınlıq gətirdi
››› İnsan üzlü balıq görüntüləndi - Video
››› Azərbaycanda ağzı olmayan uşaq dünyaya gəldi - Video
››› Beş gün dərs olmayacaq
Son xəbərlər
Bütün xəbərlər »