Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ailə səhvən yeni doğulmuş körpəni basdırıb

Çinin Şandun əyalətində ailə səhvən yeni doğulmuş uşağı diri-diri basdırıb.

Dağdan göbələk yığmaqdan dönən Nanbaita kəndinin sakinləri Jiao Xinglu və Zhou Shangdong  yerin altından uşağın səsini eşidiblər və onu xilas ediblər.

Bizimyol.info xəbər verir ki bu barədə "The Mirror" məlumat verib.

Uşaq dərhal xəstəxanaya çatdırıb. Yeni doğulmuş uşağın çəkisi kilo yarım olub, anemiya və sarılıqdan əziyyət çəkib. Ancaq uşağın başqa xəstəlikləri olmayıb.

İndi uşaq iki aylıqdır, çəkisi dörd kiloqram artıb və sağlamlığı yerindədir.

Polislər uşağın axtarışına başladıqda şöbəyə uşağın babası olduğunu iddia edən bir nəfər yaxınlaşıb. Babanın sözlərinə görə, uşağın əkiz qardaşı da var. Lakin həkimlər doğulduqdan sonra sözügedən körpənin ağciyər problemi olduğunu, yemək qəbul edə bilmədiyini və sonra öldüyünü dediklərindən ailə uşağı dəfn edib.

Polis əməkdaşları bu iddiaların doğru olub-olmadığını yoxlayır və araşdırma aparırlar.

Uşağı müayinə edən həkim onu övladlığa götürmək istəyini bildirrib. Ancaq uşağın babası tapıldıqdan sonra, ölümdən qurtarılan körpənin kimdə qalacağı hələlik müəyyən deyil.

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »