Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin varlıların sayına görə ABŞ-ı geridə qoydu

“Credit Suisse” İsveçrə bankının araşdırmasına görə, Çin varlıların sayına görə ABŞ-ı üstələyib. Tarixdə ilk dəfə bu kateqoriya üzrə Asiya ölkəsi birinci yerə keçib.

Bizimyol.info xəbər verir ki, Çində varlıların sayı 100 milyon nəfərə çatıb. ABŞ-da 99 milyondan bir az artıq zəngin adam yaşayır.

Amma varlı olmaq hələ milyonçu adını almaq anlamına gəlmir. Dünyada milyonçuların sayı azdır. Bu kateqoriyada ABŞ yenə birinci yerdədir. Çində cəmi 4,4 milyon nəfər milyonçu var. ABŞ-da isə sərvətinin həcmi 1 milyon dolları keçən vətəndaşların sayı 18,6 milyon nəfərdir.

Ümumiyyətlə, dünyada 46,8 miyon nəfər milyonçunun olduğu bildirilir. Onlar dünya sərvətinin 44 faizini özündə cəmləşdirib. Ümumilikdə var-dövlətləri 158,3 trilyon dollar məbləğində qiymətləndirilir.

Son xəbərlər
Bütün xəbərlər »