Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazaxıstan prezidenti əlifbada hərf çatışmazlığından şikayət edir

Qazaxıstanda latin qrafikasına keçidlə bağlı təsdiq olunmuş əlifbada çatışmazlıqlar var. Bu haqda ölkə prezidenti Qasım-Comərd Tokayev danışıb.

Bizimyol.info xəbər verir ki, dövlət başçısının fikrincə, əlifbada qazax dilindəki bütün səsləri ifadə edəcək yetərincə hərf yoxdur. Prezident dilçilərin əlifba üzərində yenidən işləməli olduğunu düşünür. “Mədəniyyət və Turizm Nazirliyinə uyğun tapşırıq vermişəm. Bizi irəlidə böyük işlər gözləyir”, - Tokayev belə deyib.

Tokayev hələ sentyabrda qazax dilinin gücləndirilməsi haqqında danışmışdı. Onda Qazaxıstan dövlət başçısı çox gurultulu açıqlama vermişdi. Demişdi ki, gün gələcək, qazax dili millətlərarası ünsiyyət vasitəsinə çevriləcək.

Son xəbərlər
Bütün xəbərlər »