Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mübariz İbrahimovu təhqir etməkdə təqsirləndirilən psixoloqa həbs tələbi

Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etməkdə təqsirləndirilən psixoloq Nərmin Şahmarzadəyə 3 il həbs cəzası istənilib.

Nərmin Şahmarzadə Nərmin Şahmarzadə

Tələb bu gün Xətai rayon Məhkəməsində səsləndirilib.

Bizimyol.info xəbər verir ki, Nərmin Şahmarzadə Milli Qəhrəmanın anası Şamama İbrahimovanın iddiası əsasında məhkəməyə cəlb olunub. Məhkəmədə hakim ekspert rəyini elan edib. Nərmin Şahmarzadənin “Facebook” statusundakı “...öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu qəddarlıqdır” və “...Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı, çox güman” ifadələri milli qəhrəmanın şərəfini ləkələyən, onu nüfuzdan salan məlumatlar kimi qiymətləndirilib. Şahmarzadə rəyi ədalətli saymadığını deyib. Şamama İbrahimovanın vəkili Ramil Rüstəmov bildirib ki, Nərmin Şahmarzadə statuslarında Mübariz İbrahimovu günhsız erməni öldürməkdə günahlandırıb. Psixoloq bu fikrə etiraz edib. Nərmin deyib ki, 2000-ci illərdə doğulan gənclərin bu müharibədə günahı yoxdur və köhnə nəslin əməllərinə görə əziyyət çəkirlər: "Təəssüf, onlara nifrət toxumuyla böyüdülürük. İstəyirəm müharibə olmasın, qan tökülməsin. Torpaqlar azad edilməlidirsə də, bu, müharibə yoluyla olmamalıdır”. Şamama İbrahimovanın nümayəndəsi Nərmin Şahmarzadəyə 3 il həbs cəzası verilməsini istəyib. Hakim psixoloqa müdafiə çıxışı üçün oktyabrın 23-nə qədər vaxt verib.

Son xəbərlər
Bütün xəbərlər »