Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski keçmiş “KVN”çini vəzifəyə gətirdi

Ukrayna prezidenti Vladimir Zelenski keçmiş "KVN"-çi və “Kvartlar 95”in prodüseri Sergey Sivoxonu Ukrayanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının Donbassın bərpası və reinteqrasiyası məsələləri üzrə müşaviri vəzifəsinə təyin edib.

Sivoxo bu barədə “Facebook” səhifəsində yazaraq prezidentə təşəkkürünü bildirib:

“Bu, mənim üçün böyük məsuliyyətdir. Qarşıda çoxlu mürəkkəb və vacib işlər var. Dəstəyinizə çox inanıram. Sizi pis vəziyyətdə qoymayacağam”.

Sivoxo vəzifəsinə növbəti həftədən başlayaq. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »