Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Asiya ölkəsində qumar oynayanları camaatın qarşısında şallaqladılar

İndoneziyada bir dəstə kişini qumar oynamağa görə cəzalandırıblar. Onları camaatın qarşısında şallaqlayıblar.

Bizimyol.info xəbər verir ki, hadisə İndoneziyanın Açeh vilayətində baş verib. Bu haqda “Daily Mail” qəzeti yazıb. Şəkillərdən birində görünür ki, təxminən 50 yaşında kişini camaatın qabağında bambuk çubuğu ilə döyürlər. Beləcə, onlarla kişini cəzalandırıblar. Hökumət nümayəndələri şəriat qanunlarına uyğun davrandıqlarını bildirib.

Açeh dindarların çox yaşadığı, şəriət qanunlarına ciddi əməml olunduğu vilayət sayılır. Keçən il burada fahişəliklə məşğul olan qadınları şallaqlamışdılar.

Son xəbərlər
Bütün xəbərlər »