Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yarmarkaya buraxılmayan balların aqibəti necə oldu?

Yarmarkaya buraxılmayan ballar sonradan öz sahiblərinə qaytarılıb.

Bizimyol.ifo-un məlumatına görə, bu barədə Trend-ə Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib. Onun sözlərinə görə, həmin məhsullar yarmarkanın sonunacan anbarlarda saxlanılıb:

“Keyfiyyəti aşağı olan ballar 19 oktyabracan xüsusi ayrılmış anbarlarda qorunub saxlanılıb. Sonuncu gün həmin məhsullar öz sahiblərinə qaytarıldı”.

L.Məmmədova qeyd edib ki, yararsız balların saxlanılması ilə bağlı Arıçılar Assosiasiyası ilə müqavilə imzalanmışdı: "Müqaviləyə əsasən düzgün saxlanılmadığı halda həmin balların keyfiyyətinə dəyəcək zərər ASC tərəfindən ödəniləcəkdi".

Qeyd edək ki, sentyabrın 28-dən oktyabrın 18-ə qədər Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçirilir. Yarmarkada Daşkəsən, Oğuz, Zaqatala, Balakən, Astara, Lerik və digər bölgələrdən gətirilən arıçılıq təsərrüfatı məhsulları müştərilərə təqdim olunub.

Son xəbərlər
Bütün xəbərlər »