Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ 2 min əsgərini geri çəkdi

ABŞ Əfqanıstandan 2 min əsgərini geri çəkib.

Bu barədə "Nyu York Tayms" qəzeti məlumat yayıb.

Qeyd edilir ki, ABŞ və NATO-nun Əfqanıstandakı qoşunlarının komandanı, general-leytenant Ostin Skott Miller Pentaqonun bu ölkədəki qoşunlarının sayının 12 minə endiyini təsdiqləyib. Qeyd olunur ki, Taliban hərəkatı ilə danışıqlarda yekun qərar qəbul edilməməsinə rəğmən ABŞ hökuməti əsgərlərin çıxarılması prosesinə start verib. Bundan başqa, qəzetə məlumat verən hərbi mənbə bildirib ki, bu yaxınlarda Pentaqonun Əfqanıstandakı əsgərlərinin sayı 8,6 min nəfərə endirilə bilər.

Oktyabrın 20-də ABŞ-ın Müdafiə naziri Mark Esper Əfqanıstan Prezidenti Əşrəf Qani ilə keçirdiyi görüşdə bildirib ki, Vaşinqton terrorizmə qarşı mübarizədə Kabili dəstəkləməyə davam edəcək. Onun sözlərinə görə, hərbi kontingentin sayının azaldılması bu ölkədə fəaliyyət göstərən terrorçu təşkilatlara qarşı mübarizəyə mane olmayacaq. (Axar.az)

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »