Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Netanyahunu təbrik etdi

Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahuya zəng edib.

Netanyahu

Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib. Tərəflər arasında "ikitərəfli gündəmdəki aktual məsələlər və Suriyadakı vəziyyət" müzakirə olunub.

Bundan əlavə, Rusiya prezidenti İsrail baş nazirini teleqram vasitəsi ilə yubileyi münasibətilə təbrik edib:

"Hörmətli cənab Netanyahu, xahiş edirəm 70 yaşınız münasibətilə səmimi təbriklərimi qəbul edin. Siz həmvətənlərinizdə və xaricdə həmvətənləriniz arasında yüksək nüfuza sahibsiniz. Mən sizinlə mənalı bir dialoqun davam etməsini və regional və sabitliyin möhkəmlənməsi maraqları, Rusiya və İsrail xalqlarının rifahı naminə səmərəli birgə işləməyi səbrsizliklə gözləyirəm. Sizə cansağlığı, xoşbəxtlik, firavanlıq və dövlət fəaliyyətində uğurlar arzulayıram. Hörmətlə, Vladimir Putin" (Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »