Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ hərbiçilərini Suriyada saxlamaq istəyir

ABŞ prezidenti Donald Tramp 200 hərbiçisini Suriyada saxlamaq istəyib.

Bizimyol.info-nun "The New York Times"a istinadən məlumatına görə, sözügedən hərbiçilər xüsusi təyinatlıdırlar. Orada yalnız, artıq İŞİD-lə döyüşmüş hərbiçilərin qalacağı bildirilib.

Trampın bu qərarının səbəbinin "Rusiya və Suriya güvvələrinin neft sahələrinə doğru irəliləməsi"nin qarşısını almaq olduğu qeyd olunub. ABŞ qoşununun İraq sərhədinə yaxın bir ərazidə yerləşəcəyi düşünülür.

Qeyd edək ki, daha öncə "Sülh Çeşməsi" antiterror əməliyyatı başlandıqdan sonra Suriyadan İraqa "Beynalxalq Koalisiya Qüvvələri"ndən olan əsgərlərinin keçdiyi haqda məlumat yayılıb. Suriyadan çıxarılan 150 əsgər arasında amerikalılar da olub. Onları İraqa hava yolu ilə keçiriblər.

Adelya

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »