Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mitinq günü internet kəsildi - Nazirlik hələ də susur

Oktyarın 19-da mitinq keçiriməsi ilə əlaqədar Bakıda internet yayımında problem yaşandı. Lakin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bununla bağlı heç bir açıqlama vermədi.

Bizimyol.info xəbər verir ki, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məsələ ilə əlaqədar nazirliyi tənqid edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

“Artıq bir sıra mərkəzi icra orqanları 19 oktyabr tarixdə baş verənlərlə bağlı açıqlamalar veriblər.

Məlum olduğu kimi qeyd olunan tarixdə bir sıra mobil telefon və internet istifadəçiləri şəhər mərkəzində mobil internet bağlantısı və mobil rabitədə, həmçinin də sabit şəbəkədə internet və telefonla bağlı ciddi problemlərin olduğunu bildiriblər.

Eyni zamanda həmin ərazidə fəaliyyət göstərən biznes qurumları, rəqəmsal sahibkarlıqla məşğul olanlar da belə bir problemlə üzləşdilkləri haqqında sosial mediada məlumatlar açıqlayıblar.

Bu gün gözləyirdim ki NRYTN bununla bağlı hər hansı bir açıqlama verəcək.

Normalda NRYTN-nin telekommunikasiya şəbəkələrində məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı araşdırmalar aparması, səlahiyyətli qurum olaraq mobil operator və provayderlərin monitoinqini aparması və bununla bağlı açıqlama verməsi doğru olardı”.

Paylaş »
››› Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Fransada yeni şəxsiyyət vəsiqəsi qəzəbi: “Makron Fransanı alçaltdı”
Son xəbərlər
Bütün xəbərlər »