Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş nazirin müavinləri təqaüdə göndərildi

Baş nazirin iki müavini işdən çıxarılıb.

Bizimyol.info xəbər verir ki, Baş nazirin iki müavini - Hacıbala Abutalıbov və Əli Həsənov yaş həddinə görə təqaüdə göndərilib.

Dəyişikliklər yeni Baş nazirin təyinatından sonra Nazirlər Kabinetində islahatların aparılması ilə əlaqədardır.

Qeyd edək ki, 75 yaşlı Hacıbala Abutalıbov 2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin başçısı olub. 21 aprel 2018-ci ildə Baş nazirin müavini təyin edilib.

71 yaşlı Əli Həsənov 1998-2018-ci illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə başçılıq edib, 21 aprel 2018-ci ildən Baş nazirin müavini vəzifəsini tutur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »