Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Komitəsində səfirlə görüş olub

Oktyabrın 21-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb.

Bizimyol.info xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, son dövrlərdə iki ökə arasında ticarət dövriyyəsinin artmasının əsas amillərindən biri də səmərəli və işgüzar əlaqələrin mövcudluğudur.

"İki ölkənin gömrük qurumları arasındakı əlaqələrdən də söhbət açan Səfər Mehdiyev "Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında Gömrük Məsələlərində Qarşılıqlı İnzibati Yardım və Məlumat Mübadiləsi haqqında Saziş"in imzalanması prosesinin sürətlənidirilməsinin zəruriliyini vurğulayıb, bu sənədin qarşılıqlı iqtisadi-ticari münasibətlərin inkişafına öz müsbət təsirini göstərəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatlar barədə səfiri məlumatlandıran Komitə sədri, tətbiq edilən yeniliklər hesabına şəffaflığın təmin olunduğunu, vətəndaş-məmur təmasının minimuma endirildiyini, gömrük və sərhədkeçmə prosedurlarının sadələşdirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, ümumilikdə aparılan islahatlar beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsini, eyni zamanda büdcə gəlirlərinin artması və gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində uğurlu nəticələrin əldə olunmasını təmin edib"-deyə sədr bildirib.

Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores bildirib ki, iki ölkə arasındakı əlaqələrdən məmnunluqla bəhs edərək, yaxın zamanlarda imzalanması nəzərdə tutulan "Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında Gömrük Məsələlərində Qarşılıqlı İnzibati Yardım və Məlumat Mübadiləsi haqqında Saziş"in əlaqələrin daha da möhkəmlənməsinə, ticarət dövriyyəsinin artmasına şərait yaradacağına əminliyini ifadə edib”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »