Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erkan Özoral: "PKK terrorçuları Xocalı şəhidlərinin şəkillərindən Türkiyəyə qarşı istifadə edir"

Bu dıqiqələrdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın Azərbaycanın media nümayəndələri ilə görüşü keçirilir.

Bizimyol.info- xəbər verir ki, səfir Türkiyənin Suriyada apardığı hərəkat haqqında geniş məlumat verib. Erkan Özoral qeyd edib ki, xarici mətbuatda Xocalıda həlak olan azərbaycanlıların şəkilləri dərc edilir və bu şəkillər Türkiyə Silahlı Qüvvələrinin keçirdikləri əməliyyat nəticəsində qətl edilmiş kürdlərin şəkilləri kimi təqdim edilir.

TSK-nın kimyəvi silahlardan istifadə etdiyinə dair iddialar da irəli sürülür.

"Halbuki, bizim sərəncamımızda kimyəvi silah yoxdur".

Səfir deyib ki, bu günə qədər Suriyanın şimalından Türkiyəyə qarşı 1081 hücum edilib.

“ABŞ-la əldə olunmuş 120 saatlıq atəşkəsin sonuna çatmasına az qalır: Biz ümidcedirik ki, YPG/PYD terror təşkilatı mənsubları tələb olunan 32 kilometrlik məsafəyə çəkiləcəklər",- deyə səfir bildirib.

Səfir deyib ki, 32 kilometrlik təhlükəsizlik bölgəsi bütün Türkiyə-Suriya sərhədi boyu təmin ediləcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »