Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aydın Hüseynov: "Bu qüvvələrin əsas istəkləri Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaqdır"

Bəzi radikal qüvvələrin oktyabr ayının 19-da Bakıda qeyri-qanuni küçə yürüşü keçirmək cəhdi asayişi pozaraq, ölkədə vətəndaş qarşıdurma yaratmağa xidmət edirdi".

Bizimyol.az xəbər verir ki, bunu deputat Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, bu destruktiv qüvvələr ölkədə xaos yaratmaq və niyyətlərini reallaşdırmaq üçün sosial şəbəkələr üzərindən anti-konstitusion çağırışlar edərək, insanları küçələrə çağırmaqla, açıq təxribatlar törətmək istəyirdilər. “Bununla da onlar Azərbaycanı qonşu bölgəmizdə yerləşən sabitliyi uzun illər boyu pozulan, xaos içində olan Yaxın Şərq ölkələrinin gününə salmağa çalışırdılar. Amma xalqımız bu cür dağıdıcı ünsürlərin səsinə səs vermədi və onların bu niyətlərini gözündə qoydu”, - deyə deputat bildirib.

Deputat bildirib ki, bu qüvvələrə mitinq keçirib, öz fikirlərini azad formada səsləndirib, tələblərini irəli sürmək üçün müvafiq yer ayrılmasına baxmayaraq, onların qanunların tələblərini kobud surətdə pozub, paytaxtın mərkəzində mitinq keçirmək cəhdləri Azərbaycan dövlətçiliyinə qarşı yönələn təxribat idi. “Ona görə ki, bu dağıdıcı qüvvələrin əsas hədəfi anti-Azərbaycan qüvvələrlə birləşib, Azərbaycanın əldə etdiyi inkişafı dayandırmaq, öz 30 illik ənənələrinə sadiq qalaraq sabitliyin pozulmasına, hərc-mərcliyin yaradılmasına, dağıdıcılığın hökm sürməsinə nail olmaqdır. Amma bu insanlar anlamır ki, artıq Azərbaycan güclü dövlətdir və bir daha onların 90-cı illərin əvvəlində ölkədə yaratdığı hərc-mərcliyə, xaosa imkan verməyəcək. Xalq da artıq o xalq deyil. Xalq da onların kim olduğunu, nəyə xidmət etdiklərini yaxşı bilir. Onlara dəstək vermir. Xalq mövcud sabitliyin hansı əziyyətlər hesabına yaradıldığını yaxşı xatrılayır. İnkişafın heç də asan gəlmədiyini yaxşı bilir. Odur ki, xalq onlara dəstək vermir. Müxalifətin 10 oktyabr aksiyası əslində onların iflası olmaqla yanaşı, simlarının yırıtılaraq, daha doğrusu Azərbaycanın düşmənlərinə xidmət etdiyinin açıq nümayişi idi”, - deyə A. Hüseynov bildirib.

Deputatın fikrincə, burada diqqəti çəkən məqam həm də ondan ibarətdir ki, bütün bu qanunsuz hərəkətlər Prezident İlham Əliyevin Soçidə Valday beynəlxalq diskussiya klubunda və Aşqabadda MDB dövlət və hökumət başçılarının növbəti toplantısında Qarabağ münaqişəsilə bağlı insanlarda böyük ruh yüksəkliyi yaratmış çıxışlarından, habelə cari ilin 9 ayının yekunlarına həsr edilmiş müşavirədə daxili siyasətlə əlaqədar səsləndirdiyi ədalətli və sərt bəyanatlarından az sonraya təsadüf edir: “Yəqin ki, Azərbaycanın inkişafını gözü götürməyənlər, xalqın ruh yüksəkliyinin artmasından xofa düşən xarici dairələr və daxildəki destruktiv qruplar birbaşa təxribat törətmək qərarına gəliblər. Ona görə də icazəsi aksiyalar təşkil etməklə, insanları vətəndaş itaətsizliyinə çağırmaqla, bu inkişafı durdurmaq istəyirdilər. Əsas istəkləri isə Azərbaycanın beynəlxalq nüfuzunə zərbə vurmaqdır. Bunun üçün də qanunsuz aksiya zamanı polisi təxribata sövq edərək onlar barəsində ciddi tədbirlərə əl atmasına və təxribata çəkməyə çalışıblar. Bu anları da kameralara çəkərək, xaricdəki ağalarına göndərərək, guya Azərbaycanda söz, fikir azadlığının pozluduğunu bəhanə edərək, ölkəmizə qarşı təzyiqlərin təşkil edilməsini təmin etmək olub.

Lakin hamı bilir ki, bu, kökündən yanlış düşüncədir. Əgər belə olsaydı, hakimiyyət ümumiyyətlə aksiyaya icazə verməzdi. Yuxarıda söylədiyim kimi Bakı Şəhər İcra Hakimiyyəti mitinq keçirmək üçün onlara ümumiyyətlə aksiya keçirməyə icazə verməzdi. Təkrar edirəm, Azərbaycan demokratik ölkə olaraq insanların hüquq və azadlıqlarına hörmətlə yanaşır, onlara fikirlərini sərbəst ifadə etmək üçün bütün imkanlar yaradılıb. Avropa təşkilatlarının səsləndirdiyi fikirlərə gəldikdə isə bunu növbəti ikili standartın yanaşma kimi dəyərləndirirəm. Necə olur Fransa da “sarı jiletlilər” aksiya keçirir, xeyli sayda insan ölür, yüzlərlə insan yaralanır, buna kimsə gözün üstə qaşın var deyən olmur. Ancaq Azərbaycanda ictimai asayişi kobud surətdə pozub, ölkəni xaosa çevrimək istəyənlərə qarşı qanunun tələbi ilə tədbirlər görəndə isə ciddi qanun pozuntusu, söz və fikir azadlığının məhdudlaşdırılması kimi dəyərləndirilir?! Bu hansı məntiqə uyğundur? Bu Azərbaycana qarşı qərəzdən başaq bir şey deyil. Ermənistanda insanlar siyasi baxışına görə açıq formada təqibə, repressiyaya məruz qalır, ancaq həmin Avropa təşkilatları susur. Bax, bu deyilənləri bariz nümunəsidir. İkili standartın göstəricisidir”.(ölkə.az)

Son xəbərlər
Bütün xəbərlər »