Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Novella Cəfəroğlu: “Polislərin mitinq iştirakçılarına kobud davrandığını danmaq olmaz”

Milli Şuranın oktyabrın 19-a təyin etdiyi mitinq əsasən polisin insanlara qarşı kobud davranışı ilə yadda qaldı. Bir çox millət vəkilləri polisin davranışının doğru olduğunu bildirərək, bunun qanunauyğun olduğunu, Azərbaycan polisinin humanist davrandığını söylədi. Amma sosial şəbəkələrdə yayılan görüntülər əksini düşünməyə məcbur edir. Hüquq müdafiəçisi və Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu da bu fikirdədir.

O, Bizimyol.info saytına verdiyi açıqlamada bildirib ki, polisin vətəndaşlarla kobud rəftarını danmaq olmaz.

“Mən düzü Bakıda deyiləm, mitinqi görmədim. Lakin videogörüntülərdən polisin çox kobud davranışını gördüm. Yaşlı bir kişini sürüdülər, qadınlara əl qaldırdılar bunu danmaq olmaz. Mən başa düşürəm ki onlar asayişi qorumaq üçün ordadırlar,onlar etirazçılar arasında gizli təxribatçıların ola bilməsi ehtimalını da nəzərə alırlar , bunu anlayırm. Lakin sözlə də demək olardı, adam buraxın gedirem deyirsə buraxmaq olardı. Davranış fəqli ola bilərdi.Mən hesab etmirəm ki, bu mitinqlər kütləvi hal ala bilər, xalq qarışar. Bu saat millət hamısı bir tikə çörəyinin hayındadır. Bu mitinqlər rəhmətlik Elçbəyin zamanındakı kimi kütləvi xarakterli də deyil. Mən fikir verdim, iştirakçıların çoxusu öz şəxsi problemlərinə görə narazı qalan insanlar idilər- övladı tutulanlar,Gəncə hadisələrinə görə uşaqları saxlanılan ailələr, evləri əlindən alınana insanlar, pensiyası verilməyənlər və s. Əhalinin hamsının bura axınını mən görmədim. İdeoloji fikir sahibi olanları görmədim. Onların çoxu öz dərdinə görə gələn insanlar idilər.

Mən bir neçə ay öncə də demişdim ki, iqtidar əsas narazılıq edən qüvvələri, dövlətə qarşı addım ata biləcək insanları öz sıralarında axtarmalıdır.Mitinqlə insanlar öz sözlərini demək istəyirlər və deməlidirlər. Ona görə mitinqlərin keçirilməsinə icazə verilməlidir. Vəssalam!”.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Nazir iki polis polkovnikini işdən çıxarıb
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »