Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın adamı Qarabağda inqilab etmək üçün hazırlıqlara başlayıb

İşğal altındakı Xankəndində oktyabrın 19-da yeni partiyann təsis konfransı keçirilib.

Bizimyol.info xəbər verir ki,  “Kavkazskiy uzel”in verdiyi məlumata görə, “Sabahkı Artsax” (Dağlıq Qarabağa verilən qondarma ad,-red.) adlı partiyanın məqsədi 2020-ci ildə “seçki yolu ilə Dağlıq Qarabağda inqilab etməkdir”. Partiya bu “seçkilərdə” Ermənistanın baş naziri Nikol Paşinyanın adamı hesab edilən qondarma “xarici işlər naziri” Masis Mailyanı dəstəkləyəcək.

Partiyanı quranlar “sosial-iqtisadi islahatlar” və korrupsiya ilə mübarizə vəd ediblər, Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına tərəfdardırlar və hesab edirlər ki, “qonşu İranla iqtisadi əlaqələri” genişləndirmək lazımdır.

Partiyanın koordinatoru Tiqran Petrosyan bu ilin mayında Xankəndində qondarma rejimin başçısı Bako Saakyana qarşı aksiyalar zamanı saxlanılmışdı. Onun dediyinə görə, yeni partiyaya Xankəndindən 400-ə yaxın adam qoşulub və adamlar müxtəlif rayonlardan müraciət qoşulmaq üçün müraciət edirlər.

Dağlıq Qarabağda gələn il keçiriləcək qondarma “seçkilərdə” separatçı rejimin rəhbərliyinə əsas iddiaçı keçmiş səhra komandiri və general Vitali Balasanyandır. O, son günlər Paşinyana qarşı kəskin çıxışlar edir və onu “fiziki məhv etməklə” hədələyir.(virtualaz.org)

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Milli Məclisdə “kədərli” anlar…
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »