Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ölkədə təhlükəli şprislərin satışı davam edir” - Ekspertdən şok açıqlama

“Bu ilin sentyabr ayında Azərbaycan Standartlaşdırma İnstitutu ölkədə standartların tələblərinə cavab verməyən Türkiyə, Çin və digər ölkələrdən idxal olunan insan sağlamlığı üçün təhlükə törədən şprislərin mövcudluğu barədə məlumat yaydı”.

Bizimyol.info xəbə verir ki, bu barədə məlumatı “Azad İstehlakçılar”İctimayi Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Eyyub Huseynov Azad İstehlakçılar Birliyi Eyyub Huseynov

E.Hüseynov bildirib ki, bu məlumatından sonara istehlakçılardan rəhbərlik etdiyi təşkilata hər gün narahatlığı ifadə edən istehlakçı zəngləri daxil olmağa başladı: “Bizə daxil olan ardı kəsilməyən istehlakçı zəngəri bizi məcbur etdi ki, apteklərdə kiçik bir manitorinq aparaq. Məlum oldu ki 80 fazdən çox apteklərdə ekspertizada standartlara uyğunsuzluğu təsdiq olunmuş şprislər bu gün də satılır!

Əldə olunmuş eksprtiza sənədlərinin təhlili göstərir ki, Azərbaycan apteklərindən alınmış əsasən Türkiyə və Çin istehsalı olan 6 növ 9 adda olan şprislər və onlara məxsus olan iynələr əksər göstəricilər üzrə normativ tələblərə cavab vermir”.

Ekspert ekspertizaya göndərilən şprislərin istehsalçılarını açıqlayıb:

1. İstehsalçı - Ayset Tibbi, Türkiyə;

2. İstehsalçı - SET MEDİKAL, Türkiyə;

3. İstehsalçı - Gienjest, Türkiyə;

4. İstehsalçı - Changzhou…Medikal, Çin;

5. İstehsalçı - Changzhou….Çin;

6. İstehsalçı - Shandonq Zibo…Medikal ,Çin.

E.Hüseynov bildirib ki, standartlara uyğun olmayan və təhlükəli şprislər 3 hissəli olur: “Yəni silindir, porşen və onun sonluğunda yerləşən və ayrıla bilən adətən qara rəngli rezin.

Standartlara uyğun və təhlükəsiz şprislərin porşeninin sonluğu qopmur və ayrılmır. Yəni 2 hissədən ibarət olur - porşen və silindir. İstifasə edildikdən sonra təhlükəlilərdən fərqli olaraq azca əyməklə sindırılıb tullanılır, yəni təkrar istifadəsi mümkünsüz olur! Ekspertizaların nəticəsi təhlükəli şprislərin bir cox nöqsanlarını, o cümlədən biu şprislərin bölgü şkalasının düzgün olmadığını, porşenin dəyişdirilib yenidən istifadə olunduğunu, tullantı materialından hazırlandığını və.s üzə çıxarıb. Şprislərə uyğun iynələrin də təkrar istifdə olunması, uçluğunda insan damarlarına ciddi zər verə bilmə nöqsanlarının mövcudluğu və.s aydın olub.

İstehlakçılar tərəfindən bizə verilən məlumat göstərir ki, məhz dövlət qurumlarını da narahat edən təhkükəli şprislər, dərman pereparatları və şpris idxalı ilə məşğul olan “Avromed”, “Zeytun”, “Azerimed”, “Arash”, “Set Group”, “Cyty Med”, “M&C” firmaları, onların “Loğman”, “Avis”, “Hayat”, “Zafaran”, “Planeta”, “Elit”, “Dokta”, “Tabib”, “Pasha K”, “Çeburaşka”, “Vita”, “Buta” adlı apteklər şəbəkəsində və digər yerlərdə satılır: “Məlum olub ki, Azərbaycanda Dövlət investisiyası hesabına artıq istehsala başlamış, Pirallahıda yerləşən müasir şpris zavodu -“Diamed CO” mövcuddur! Təəccüb doğuran səbəblərdən biri də bu şirkətin öz bazarını qoruyub, əhalini maarifləndirən fəaliyyətini görmürük.

Biz əldə olunan materialları təhlil edərək, istehlakçıların həyatı və sağlamlığı üçün təhlükə törədən şprislərin bazardan yığışdırılıb, ictimai məhvedilməsi üçün mümkün olanları etməklə bərabər Dövlət Gömrük Komitəsinə, İqtisad Nazirliyinə, Səhiyyə Nazirliyinə və Nazirlər Kabinetinə rəsmi müraciətlər hazırlanıb”.

Ramid İbrahimov

Bizimyol.info

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› “Cəbhədən İcra Hakimiyyətinə zəng edib anama 2 çörək almalarını xahiş etdim, almadılar”
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› Atatürkə qarşı böyük hörmətsizlik
››› “600 min pul alıb, bunun oynamağına bax”
Son xəbərlər
Bütün xəbərlər »