Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elman Nəsirov: “Azərbaycan polisi humanist davrandı”

Milli Şuranın oktyabrın 19-da Bakı metrosunun “28 May” stansiyasının önündə keçirdiyi razılaşdırılmamış aksiya və bu aksiyanın polis tərəfindən dağıdılması ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Milli Məclisin deputatı Elman Nəsirov Bizimyol.info saytına verdiyi açıqlamada Milli Şuranın mitinqinin qeyri-qanuni keçirildiyini bildirib.

“Demokratiyanın əsas prinsipi qanunun aliliyidir. Radikal müxalifət “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunu ədə bayraq etsə də özü qanunun aliliyini qəbul etmir, qanunları tapdalayır.Onlara qanuni şəkildə mitinq keçirmək üçün Lökbatan qəsəbəsində yer ayırmışdı, şəhərin ortasına gəlməklə bir çox insanın həyatını da təhlükə altına atmış oldular. Azərbaycandakı sabitlik və təhlükəsizlik mühitin kimlərisə qane etmədiyi aydın görünür, onlar bu kimi təzyiqlərlə Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü müstəqil siyasətə mane olmaq istəyirlər”.

Polisin mitinqə müdaxiləsi barədə danışan deputat qeyd edib ki, Azərbaycan polisi qanunsuz aksiyada ictimai və dövlət təhlükəsizliyi qorumaq üçün çıxış etdi. “Hesab edirəm ki, Azərbaycan polisi insanlara qarşı humanist davrandı,. əsl peşəkarlıq nümayiş etdirdi. Onlar qanunsuz aksiya iştirakçılarının fiziki zədə almasının qarşısını aldılar, zərər vermədilər.

İndi Azərbaycanı ittiham edən Avropa İttifaqı Almaniyada , İspaniyada , Fransada keçirilən mitinqlər zamanı xalqla polis arasında baş verən qanlı toqquşmalara göz yumur. Bizdə Avropada olduğu kimi polis xalqa qaşı rezin güllədən istifadə etdimi? Avropa İttifaqının bəyanatı, ABŞ-ın Azərbaycandakı səfirliyinin mitinqlə bağlı davranışı onların ikili standartlarla hərəkət etməsini göstərir.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »