Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Əfqanıstandan 5 min əsgərini çıxarır

ABŞ-ın Müdafiə naziri Mark Esper Əfqanıstandan beş min əsgərin çıxarılması planından danışıb.

Bu barədə “Associated Press” məlumat yayıb.

Esper bildirib ki, bununla belə ölkədə 8,6 min hərbçi qalacaq. Bu qərar Əfqanıstanda terror təşkilatlarına qarşı mübarizəyə dəstək olacaq.

Pentaqon rəhbəri əlavə edib ki, beş min hərbçi radikal “Taliban” hərəkatı nümayəndələrilə sülh sazişinin şərtlərindən asılı olmayaraq ölkədən çıxarılacaq. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »