Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni kazinoda 200 min dollar uduzdu

MMA versiyası üzrə yarışların iştirakçısı olan erməni döyüşçü kazinoda böyük məbləğdə ziyana düşüb. Vartan Asatryan Soçidəki “Fight Nights Global 95” turnirindən əvvəl 200 min dollar uduzub.

Bizimyol.info xəbər verir ki, məlumatı “Fight Nights Global” təşkilatının prezidenti Kamil Hacıyev də təsdiq edib. Təşkilat rəhbərinin dediyinə görə, həmin hadisədən sonra erməni döyüşçü ilə danışmaq ona müyəssər olmayıb. “Asatryandan çox şey gözləmək olar. Anlamıram, bu qədər pulu olduğu halda niyə döyüşlərə çıxır”, - Hacıyev belə deyib.

Asatryan sabah turnirdəki ilk görüşündə braziliyalı Raymisson Bruno ilə qarşılaşmalıdır. Vartan MMA versiyası üzrə yarışlarda 17 qələbə qazanıb, 8 dəfə məğlub olub.

Son xəbərlər
Bütün xəbərlər »