Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Klinton ağlını itirib" – Donald Tramp

Donald Tramp yenidən Hillari Klinton haqqında danışıb.

TASS xəbər verir ki, ABŞ Prezidenti “Twitter”dəki səhifəsində 2016-cı ildə keçirilən prezident seçkilərində rəqibi olmuş sabiq dövlət katibinin bir sıra siyasətçiləri Rusiya ilə əlaqələrdə ittiham etməsinə münasibət bildirib.

“Klinton Havay ştatından Nümayəndələr Palatasına seçilmiş Tulsi Qabbardın seçkilərdə “Rusiyanın favoriti”, Yaşıllar Partiyasından prezidentliyə namizəd olmuş Cill Staynı “Rusiyanın agenti”, məni isə “Rusiyanın böyük pərəstişkarı” adlandırıb. Bəli, ruslar mənim xoşuma gəlir, bütün insanlar kimi”, - deyə Tramp yazıb.

ABŞ Prezidenti sonda bu qeydi əlavə edib: “Hillari Klinton ağlını itirib!”

Qeyd edək ki, T.Qabbard 2020-ci ildə keçiriləcək prezident seçkilərində Demokrat Partiyasının namizədlərindən biridir. (Oxu.az)

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »