Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dan etiraf: "Türkiyə illərlə söylədi, ancaq dinləmədik"

Türklər bizə illərdir PKK-nın Suriyanın şimalında muxtar bir kürd bölgəsi yaratmağı qarşısına məqsəd qoyduğunu və PKK ilə apardığımız iş birliyindən narahat olduqlarını bildirirdilər. PKK ilə işbirliyi etməklə, Türkiyə ilə münasibətlərimizi qırılma nöqtəsinə gətirdik.

Axar.az xəbər verir ki, bu açıqlama ilə amerikalı ekspert Maykl Doran çıxış edib.

Doran qeyd edib ki, PKK ilə əməkdaşlıq həm humanitar, həm də strateji baxımdan məntiqsiz idi:

"Şimali Suriyadakı dəhşətli uğursuzluğun arxasında bizim rolumuz olduğunu qəbul edək. O bölgədə PKK ilə ittifaq qurmuşuq. Oradakı YPG qüvvələri PKK terror təşkilatının nümayəndələridir".

ABŞ rəhbərliyinin Ankaranın şikayətlərinə kifayət qədər qulaq asmadığını deyən Doran bunları söyləyib:

"Biz daim türklərə dillərini dinc qoymalarını və yerlərinə oturmalarını söylədik".

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Bakıda güclü yanğın başladı - Video
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »