Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp inciyib təklifini geri götürdü

ABŞ prezidenti Donald Tramp G7 sammitinin özünün "Trump National Doral Miami" kurortunda keçirilməsi ideyasından vaz keçdiyini bildirib.

Bu barədə ABŞ lideri özünün “Twitter” hesabında yazıb.

“KİV və demokratların irrasional düşmənçiliyinə görə biz daha sammitin "Trump National Doral Miami"də keçirilməsini nəzərdən keçirmirik. Biz “Kemp-Devid” də daxil olmaqla, dərhal başqa variantları axtarmağa başlayacağıq. Təşəkkür! ”, - deyə o, “Twitter”də şənbə günü yazıb.

“Mən sammitin keçirilməsi yeri kimi kurortu təklif edərkən zənn edirdim ki, ölkə üçün yaxşı nəsə etdim. Bu, beynəlxalq aeroportun yanında yerləşən böyük hoteldir. Hər nümayəndə heyəti ayrıca binada (50-70 nömrəlik) yerləşdiriləcəkdi. Bu, digərlərindən daha yaxşı variant olacaqdı”, - Tramp qeyd edib.

ABŞ lideri qeyd edib ki, əvəzində maddi qarşılıq gözləmirdi.

“Mən bildirmişdim ki, əvəzində heç bir şey gözləmirdim və bu, hüquqi tərəfdən mümkün idisə, ABŞ üçün də pulsuz olacaqdı. Lakin həmişəki kimi düşmən KİV və demokrat partnyorlar dəli olublar!” – deyə Tramp əlavə edib.

G7 sammitinin iyunun 10-12-də “Trump National Doral Miami” kurortunda keçirilməsi planları haqqında Ağ ev Aparatı rəhbərinin vəzifələrini icra edən Mik Malveni bildirib. (Oxu.az)

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
››› Universitetin şöbə müdiri 100-dən çox tələbənin təhsilhaqqını mənimsəməyə görə məhkəmə qarşısında
Son xəbərlər
Bütün xəbərlər »