Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Salyanda piyadanı iki maşın vurub - Foto

Bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Noxudlu kəndindəki yolayrıcında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Bizimyol.info xəbər verir ki, Şirvan şəhər sakini, 54 yaşlı Süleyman Yusif oğlu Quliyev yolu keçmək istəyərkən onu ard-arda gələn iki minik maşını vurub. Hər iki aşağı ətrafın sınığı xəsarəti alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Süleyman Quliyevin İran İslam Respublikasına səfərdən qayıtdığı deyilir.

Faktla bağlı araşdırma aparılır.(virtualaz.org)

Piyadanı maşın vurub

Son xəbərlər
Bütün xəbərlər »