Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Narkotik vasitənin təsiri altında sükan arxasına keçən şəxsin idarə etdiyi avtomobildə qurudulmuş marixuana aşkarlanıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindəin verilən məlumata görə, paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Orxan Verdiyev “Rent a car”lardan birinə məxsus “Toyota Corolla” markalı avtomobili sürücülük vəsiqəsi olmadığı halda idarə edərkən Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Şübhəli hərəkətlər etdiyi üçün O. Verdiyev tibbi müayinəyə dəvət edilib və onun narkotik tərkibli vasitələrdən istifadə etdikdən sonra avtomobili idarə etdiyi müəyyən olunub.

Rayon Məhkəməsinin qərarı ilə O. Verdiyev 5 gün müddətinə inzibati qaydada həbs olunub. Eyni zamanda, idarə etdiyi “Toyota Corolla” markalı avtomobilə keçirilən baxış zamanı yük yerindən qurudulmuş marixuana aşkar edilərək götürülüb. Narkotik vasitənin avtomobilin sərnişini, Qaradağ rayonu Sahil qəsəbəsinin sakini Tərlan İmanova məxsus olduğu müəyyən edilib.

Bu şəxs narkotik vasitənin ona məxsus olduğunu, şəxsi istehlakı üçün saxladığını bildirib.

Faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »