Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
BŞBPİ-nin İdarə rəisi: "İcazəsiz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var"
Nurullah Məmmədxanlı

"İki gün öncə televiziya vasitəsilə də tərəfimdən müraciət olunmuşdu ki, Bakı şəhəri "28 May" metrostansiyasının qarşısında heç bir aksiya keçirilməyəcək. Bir daha xatırladıram ki, metronun mühafizə zonasına daxil olan heç bir yerdə heç bir aksiya keçirilə bilməz.

Bununla bağlı çıxış elədim və ictimaiyyəti məlumatlandırdım".

Bizimyol.info xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı deyib.

İdarə rəisinin sözlərinə görə, qanunsuz aksiyaya cəhd edən insanlar olub, onların da qarşısı polis tərəfindən qətiyyətlə alınıb: "Saxlanılanlar var, onların haqqında da tədbir görüləcək. Onlar təxribat törətmək məqsədilə ictimai asayişi pozmağa cəhd etdilər, qarşıları da qətiyyətlə alındı. Hesab edirəm ki, mitinq keçirmək istəyirlərsə, onlar üçün çox yaxşı, münasib yer ayrılmışdı".

Paylaş »
››› Toyda uşağı içki şüşəsi ilə vuran azərbaycanlı dünya mediasında - Video
››› “Tarqovı”da vətəndaşlara bıçaqla hücum edən şəxslərin adları açıqlandı - Video
››› Yanvarın 1-dən 50 manat ödəməyən mənzil sahibləri əlavə 30 manat cərimələnəcək
››› Vilayət Eyvazov Novruz Məmmədovun oğluna yeni vəzifə verdi
››› Polis Bakıda böyük faciənin qarşısını aldı - Video
Son xəbərlər
Bütün xəbərlər »