Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT Baş Assambleyasının Prezidenti Bakıya gələcək

BMT Baş Assambleyasının Prezidenti Tijani Məhəmməd-Bande oktyabrın 22-də Bakıda rəsmi səfərdə olacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Assambleya Prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər Qoşulmama Hərəkatının (NAM) Dövlət və Hökumət Başçılarının Bakı Sammiti çərçivəsində baş tutacaq.

Tijani Məhəmməd-Bande səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və digər ali hökumət rəsmiləri ilə görüşlər keçirəcək.

Tijani Məhəmməd-Bandenin NAM sammiti çərçivəsində iqlim dəyişikliyi, yoxsulluq, dünyada sülh və təhlükəsizlik kimi böhran həddində olan problemlərin həll edilməsində çoxtərəfli və beynəlxalq əməkdaşlığın önəmini vurğulayacağı bildirilib.

Tijani Məhəmməd-Bande 24 oktyabrda BMT Gününü qeyd etmək üçün ADA Universitetində olacaq.

Son xəbərlər
Bütün xəbərlər »