Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sərhədçilər axtarışda olan şəxsləri yaxalayıb - Foto

Füzuli rayonunun Bala-Bəhmənli kəndi yaxın­lığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində, İran İslam Respublikasından Azərbaycan Respublikası isti­qa­mətində dövlət sərhədini pozmuş Cəbrayıl rayon sakini 1990-cı il təvəllüdlü Quluzadə Müşfiq Mehman oğlu saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən verilən məlumata görə, ilkin araşdırma zamanı sərhəd pozucusunun 2017-ci ildə rəsmi qaydada ölkə ərazi­sini tərk edərək İran İslam Respublikasına get­məsı, ba­rəsində cinayət işinin aparıl­ması və 2017-ci ildən etibarən Azərbaycanın hüquq-mühafizə orqanla­rı tərəfindən axtarışda olması müəyyən­ləş­diril­ib.

Bundan başqa, “Astara” dövlət sərhədindən buraxılış məntə­qə­sində İran İslam Respublikasından Azər­bay­cana gələn İİR və­tən­daşları 1985-ci il təvəllüdlü Bahonar Bastak Abad Salah Salehin və 1992-ci il təvəllüdlü Yousefkikani Şirzad Aminin üzərinə sərhəd və gömrük baxışı keçiri­lərkən, daxili orqanlarından 630 qram narkotik vasitə aşkar olunaraq götürül­üb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin digər iştirakçılarının müəy­yən­ləş­di­ril­məsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əmək­daşlarının birgə keçirdikləri əməliy­yat-axtarış tədbirləri nəticəsində İran vətəndaşlarını qarşılayan AR vətəndaşı Astara rayonunun Ərçivan kənd sakini 1969-cu il təvəllüdlü Cavadov Qadir Adil oğlu şübhəli şəxs qismində saxlanılıb.

Eyni zamanda Xaçmaz rayonu Yalama kəndi yaxınlığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində Rusiya Federasiyasından Azər­­baycan isti­qa­mətində dövlət sərhədini pozmuş Bakı şəhər sa­ki­ni 1993-cü il təvəl­lüdlü Bayramov Kamran Vidadi oğlu saxlanılıb. Araş­dır­ma zamanı sərhəd pozu­cu­sunun ba­rəsində cinayət işinin aparıl­ması və 2012-ci il­dən etibarən Azərbaycanın hüquq-mühafizə orqanla­rı tərəfindən ax­tarışda olması müəyyən­ləş­diril­ib.

Hər 3 cinayət faktı ilə bağlı aidiyyəti üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Axtarışda olan

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› Azərbaycanda zəlzələ olub
››› Saxta peyvənd sertifikatlarının qarşısı niyə alınmır...
››› Spikerdən... “yüksək pilotaj”
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
Son xəbərlər
Bütün xəbərlər »