Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Samsung” telefonlarında problem üzə çıxdı

Cənubi Koreyanın “Samsung” şirkəti yeni smartfonlarında nasazlıq aşkar edib.

Bizimyol xəbər verir ki, yeni “Samsung Galaxy S10” və “Note 10” telefonlarında yerləşdirilmiş ultrasəsli barmaq izləri skaneri kənar şəxslərin barmaqlarına da müsbət reaksiya verir.

Skaner telefonların blokdan cıxarılmasında və onlayn ödəmələrdə istifadə olunur.

Şirkət bildirir ki, problem skanerin özündə yox, telefonun üzərinə yapışdırılan qoruyucu ekranlardadır. Bu səbəbdən skaner barmaq izlərini səhv tanıyır.

Şirkət müvəqqəti olaraq qoruyucu ekranların istifadəsindən vaz keçməyi məsləhət görüb və söz verib ki, problemi tezliklə aradan qaldıracaq: artıq gələn həftə bu telefonlarda proqram təminatı yenilənəcək.

Bundan sonra istifadəçilərə barmaq izlərini yenidən skan etmək də məsləhət görülür.(RBK)

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »