Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə sirli hadisə: Ev və paltarlar öz-özünə alışıb yanır - Foto
Türkiyənin Afyon Karahisar şəhərində yaşayan bir ailənin başına gələnlər paranormal hadisələr qismindəndir. Bu günə qədər yerləşdikləri 3 ev, bir vaqon külə dönüb.

Bizim yol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ailənin indi yerəşdikləri vaqonda da paltarları alışıb yanır. Ev sahibləri bir- birlərini tək qoyub getməyə qorxurlar. Ailə başçısı Fehmi Gümüştaş bildirib ki, dərdlərini deməyə yer tapmırlar və heç kəs onları evinə qəbul etmək istəmir.

Fehmi Gümüştaş

Yanğınların səbəb olan heç nə yoxdur, alovlanma öz –özlüyündə baş verir.Hətta jurnalistlərin evdə çəkiliş apardığı müddətdə evin gəlini Mədinə Gümüştaşın otağa yığılmış paltarları alovlanıb.

8 nəfərdən ibarət ailə bir otağa sığınıb və qorxu içində yaşayır. Hadisələri qiymətləndirmək üçün məşhur metafizik, paranormal hadisələr üzrə araşdırmaçı Salih Məmişoğluna xəbər verilib və o hadisə yerinə gələcəyini bildirib.

Qeyd edək ki, belə paranormal hadisə uzun illər öncə Azərbaycanın Tovuz rayonunda da baş vermişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »