Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk futbolçu: “Ronaldo məni əsgər salamı ilə qarşıladı”

Türkiyə ordusunun sülh hərəkatının rəmzlərindən biri də əsgər salamıdır.

Ayrı-ayrı türk futbolçular bu cür jestlə medianın gündəminə çevrilib. Hətta Türkiyə milli komandası səfərdə fransızların qapısına yol tapanda da Şenol Günəşin yetirmələri azarkeşlərə tərəf qaçaraq hamılıqla əsgər salamı vermişdi.

Bizimyol.info xəbər verir ki, “Yuventus”da oynayan Merih Demiralı İtaliyada bu addıma görə qınamışdılar. Hətta onun klubdan uzaqlaşdırılması müzakirəyə çevrilmişdi. Demiral isə çox maraqlı məsələdən danışıb. O, “Ronaldo məni əsgər salamı ilə qarşıladı” deyib.

Kriştianu Ronaldo

Türk müdafiəçi iddia edir ki, klubun bazasında qarşısına çıxan portuqaliyalı ulduz Kriştiano Ronaldo ona əsgər salamı verib.

Son xəbərlər
Bütün xəbərlər »