Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ferqyuson oyun alverində ittiham olunur

Dünya futbolunun ən böyük simalarından sayılan Aleks Ferqyusonun ünvanına gözlənilməz ittiham səslənib. Onun oyun alverində iştirak etdiyi bildirilir.

Bizimyol.info xəbər verir ki, futbol agenti Cüzeppe Palyara korrupsiya ilə bağlı məhkəmə prosesində Ferqyusonun adını çəkib. O, “Mançester Yunayted”in əfsanəvi baş məşqçisinin oyun alveri ilə məşğul olduğunu bildirib.

Palyara iddia edir ki, bir dəfə avrokuboklarda “Yuventus”la qarşılaşmada lazımi nəticənin təminatı üçün məşhur mütəxəssisə 35 min avro dəyəri olan “Rolex” qızıl qol saatı bağışlayıb. İtalyan futbol adamı Ferqyusonun agentlərlə iş birliyinə girərək transferlərdən də pul qazandığını söyləyib.

Palyara fikrini konkretləşdirməyib. Yəni “Mançester Yunayted”in “Yuventus”la hansı görüşündən söhbət getdiyini açıqlamayıb. Ferqyusonun işlədiyi dövrdə bu klublar avrokuboklarda 8 dəfə qarşılaşıb. Həmin oyunlarda İngiltərə klubu 4, İtaliya təmsilçisi 3 dəfə qələbə qazanıb.

Ferqyuson “Mançester Yuneyted”də 1986-cı ildən 2013-cü ilə qədər işləyib. Bu müddətdə kluba 38 mükafat qazandırmağı bacarıb. “Mançester Yunayted” Ferqyusonla iki dəfə Çempionlar Liqasının qalibi olub.

Palyara korrupsiya işi üzrə məhkəmədə həmkarı Daks Prays və “Barnsli”nin baş məşqçi köməkçisi Tommi Raytla birlikdə iştirak edir.

Son xəbərlər
Bütün xəbərlər »