Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müxalifətin mitinq keçirməsi üçün icazə verilən stadiondan reportaj - Video

Xəbər verildiyi kimi Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sabah keçirəcəyi mitinqlə bağlı müraciətini cavablandırıb.

BŞİH-də müraciətə baxılıb və mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.

Lakin Milli Şuranın Kordinasiya Şurası mitinqi “28 May” metrostansiyasının qarşısında keçirəcəklərini açıqlayıblar.

Bizimyol.info-nun əməkdaşı mitinq üçün təyin olunan stadionda olub.

Əməkdaşımız bildirir ki, şəhərdən həmin stadiona ancaq metronun “Elmlər Akademiyası” stansiyasından 206 nömrəli müntəzəm marşrut üzrə hərəkət edən avtobuslar işləyir. Bu avtobuslarla həmin ünvana 1 saata çatmaq mümkündür.

Əməkdaşımız müşahidə edib ki stadion təyinatı üzrə istifadə olunur. Stadion müşahidə kameraları ilə mühafizə olunur.

Mitinq üçün icazə verilən "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasından hazırladığımız videoreportajı təqdim edirik:

Son xəbərlər
Bütün xəbərlər »