Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sünnət toyunda əxlaqsız rəqsə görə rəqqasələrə və uşağın ailəsinə cinayət işi açıldı - Video

Türkiyənin İzmir şəhərində sosial mediada gündəmə çevrilən hadisə baş verib. Sünnət toyunda uşaqların gözü qarşısında açıq-saçıq rəqs ediblər.

Bizimyol.info xəbər verir ki, “twerk” rəqsi İzmirdə qalmaqal yaradıb. Sünnət toyunda bu rəqsin ifası sosial mediada geniş müzakirəyə çevrilib. İşə hüquq-mühafizə orqanları qarışıb. Uşağın cinsi istismarı iddiası ilə cinayət işi açılıb. Üç rəqqasə ilə birlikdə sünnət olunan uşağın ailəsi də məsuliyyətə cəlb olunub. Ümumilikdə 6 nəfər qanun qarşısında cavab verəcək.

Hadisənin videçəkilişindən görünür ki, sünnət olunan uşaq hamıdan öndə dayanaraq rəqqasəyə tamaşa edir. Rəqqasə “twerk”in formatına uyğun olaraq donunu yuxarı qaldırır, çılpaq bədənini göstərir.

Son xəbərlər
Bütün xəbərlər »