Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kürdlər Türkiyəni atəşkəsi pozmaqda ittiham edir

Türkiyə Dünən ABŞ nümayəndə heyəti ilə görüşdən sonra Suriyada sülh hərəkatı adlandırdığı hərbi əməliyyatları dayandırmaq qərarına gəlib.

Amma kürdlərin “Suriyanın demokratik qüvvələri” təşkilatı qardaş ölkənin atəşkəslə bağlı razılaşmanı pozduğunu iddia edir.

Bizimyol.info xəbər verir ki, Türkiyə Ceylanpınar şəhəri tərəfdən artilleriya atəşi açmaqda ittiham olunur. Kürd təşkilatı konkret zərər haqda məlumat vermir. Hələlik söhbət quru ittihamdan gedir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ nümayəndə heyəti ilə görüşdə konkret fikir söyləmişdi. Dövlət başçısı terror qruplaşmalarının təhlükəsiz zonanı tərk etməsini tələb kimi ortaya qoymuşdu. Tərəflər beş günlük müvəqqəti razılıq əldə edib.

Son xəbərlər
Bütün xəbərlər »