Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan hərbi xərclərini artırır

2020-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri məlum olub.

Bu barədə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində bildirilib.

Bu sahələr üçün 5 milyard 826 milyon 700 min manat vəsait nəzərdə tutulub. Bu isə 2019-cu illə müqayisədə 1 milyard 70 milyon 700 min manat çoxdur.

Müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 3 milyard 856 milyon 600 min manat yönəldiləcək. Bu isə 2019-cu illə müqayisədə 666 milyon manat artıqdır.

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması üçün isə 1 milyard 973 milyon 100 min manat ayrılacaq. Bu isə 2019-cu illə müqayisədə 404 milyon 800 min manat çoxdur. (Oxu.az)

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› Generalın bacısı oğlu həbsdən buraxılıb
Son xəbərlər
Bütün xəbərlər »