Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suriyada terrorçular tərəfindən öz evlərinə həbs edilən dinc əhalini xilas etdilər

"Sülh Çeşməsi" antiterror əməliyyatı sayəsində terrorçulardan azad edilən Resulayn şəhərində, terrorçular tərəfindən öz evlərinə həbs edilən dinc əhali xilas edilib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, öz evlərinə həbs edilən Suriyalılar, terrorçulardan azad olunmuş bölgədə qapı-qapı dolaşıb yoxlamalar aparan "Suriya Milli Ordusu" əsgərləri tərəfindən xilas ediliblər.

Görüntülərdə də göründüyü kimi, zərərçəkənlər, onlara ünvanlanan "Sizi kim xilas etdi?" sualına belə cavab verib: "Suriya Milli Ordusu".

Həmçinin, xilas edilən Suriyalılar PKK/YPG terrorçularının onların əşyalarını oğurladığını bildiriblər.

Adelya

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »